Yəməndə zorakılıq: 31 ölü

Yəmənin orta hissəsində yerləşən Mərib şəhərində Ənsarullah Hərəkatı (Husilər) və fərari prezidentin tərəfdarları arasında baş verən toqquşmalarda 10 nəfərin öldüyü bildirilir.
 
Maide.az-ın məlumatına görə, toqquşmalar fərari prezidentin tərəfdarlarının Husilərə məxsus silah anbarına hücuumu zamanı baş verib. 
 
Yerli mənbələr bildirir ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya məxsus döyüş təyyarələri bir neçə gün imiş toqquşmaların baş verdiyi bölgələrdə kəşfiyyat uçuşları aparırmış.
 
Digər tərəfdən yenə Məribdə fərari prezidentin tərəfdarlarının açdığı atəş nəticəsində tarlada işləyən Somalidən olan 1 fəhlənin öldüyü, 2 fəhlənin yaralandığı bildirilir.
 
Fərari prezidentin tərəfdarlarının günorta saatlarında Məribə atdıqları raketinin şəhərdəki bazar yerinə düşməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu təxminən 20 nəfərin öldüyü qeyd edilir.

Google+ WhatsApp ok.ru