Yəmən aclığın bir addımlığında

BMT-nin sözcüsü Yəmən xalqının böhranlı vəziyyəti barədə xəbərdarlıq edərək, bildirib ki, Yəmən aclığın astanasındadır.
Maide.az xəbər verir ki, BMT-nin sözcüsü Stefan Ducariç qeyd edib ki, Ümumdünya Ərzaq Proqramı Yəməndə ərzaq təhlükəsizliyinin sürətlə pisləşdiyi və Yəmənin 22 vilayətindən, 10 vilayətində ərzaq təhlükəsi ilə bağlı fövqəladə vəiyyətin hökm sürdüyü barədə xəbərdarlıq edib, belə ki, bu vəziyyət aclığa bir pillə yaxındır.
O deyib ki,  bu gün Yəməndə uşaqların qida çatışmamazlığı dünya üzrə ən yüksək həddədir və ehtimal edilir ki, hər 5 nəfərdən biri kəskin şəkildə qida təhlükəsindən əziyyət çəkir və ərzaq yardımlarına ehtiyacı var.
S.Ducariç daha sonra deyib ki,  Eyni zamanda, Yəmənin cənub sahillərini 3-cü dərəcəli fırtına öz çənginə alıb və onun fəsadları ölkənin böyük bir hissəsində hiss edilə bilər.
O, beynəlxalq təşkilatlara və qurumlara Yəməndə humanitar yardım göstərilməsi üçün sərbəst hərəkət etmək üçün icazə verilməsini vacib sayıb. 
İndiyədək Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı hava hücumları nəticəsində minlərlə insan qanına qəltan edilib, bir o qədər də insan evlərindən didərgin düşüb./
 
 

Google+ WhatsApp ok.ru