Yəməndə Rusiya təyyarəsinin uçuşunun qarşısı alındı

Səudiyyə kolalisiyası Rusiyaya məxsus humanitar yardım təyyarəsinin Səna beynəlxalq hava limanından uçmasının qarşısını alıb.
 
Maide.az xəbər verir ki, Ərəbistan rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiya qüvvələri Rusiyaya məxsus humanitar yardım təyyarəsinin Səna hava limanının uçuş zolağından uçmasına hələ də imkan vermirlər.
 
 Rusiya tərəfi Yəmən xalqı üçün nəzərdə tutulan humanitar yardımları boşaltdıqdan sonra yenidən uçmaq üçün işğalçı Koalisiya qüvvələri ilə əlaqə yaradır, lakin Koalisiya bu təyyarinin icazəsiz Yəmənə daxil olduğunu bəhanə edərək, uçuşa icazə vermir.
 
Mənbənin bildirdiyinə görə, təyyarənin uçması üçün Koalisiyanın şərti budur ki, Ərəbistanın cənubundadkı Bişe hava limanında yoxlanılsın, ancaq Rusiya tərəfi bununla razılaşmayıb.
 
Bu arada, bəzi məlumatlara əsasən, Ərəbistan rejimi habelə Səna hava limanından Rusiyaya məxsus iki təyyarənin və Omana məxsus bir təyyarənin uçuşunun qarşısını alıb.
 
Qeyd edək ki, Rusiyaya məxsus humanitar yardım təyyarəsi cümə axşamı günü ilk dəfə Yəmənə daxil olub.
Rusiyanın Sənadakı müvəqqəti işlər vəkili Andrey Çernovil deyib: Ölkəsinə aid bu təyyarə Yəmən xalqına humanitar yardım, o cümlədən ərzaq maddələri daşıyırmış. /
 

Google+ WhatsApp ok.ru