Seyid Husi: Səudiyyə sionist İsrail rejiminin köməkçisi, ABŞ-ın köləsidir

“Ənsarullah” hərəkatı lideri Seyid Əbdülməlik Husi İmam Səccad (ə)-ın oğlu, İmam Məhəmməd Baqir (ə)-ın qardaşı Zeyd ibn Əlinin şəhadət ildönümü ilə bağlı çıxışı zamanı vacib mətləblərə toxunub  

Islamazeri.az saytı “Rast Haber”-ə istinadən xəbər verir ki, Yəmənin “Ənsarullah” hərəkatı lideri Əbdülməlik Husi Zeyd ibn Əlinin şəhadət ildönümü ilə əlaqədar çıxışında Səudiyyə Ərəbistanını şiddətlə qınayıb. Bəzilərinin özlərini müsəlman kimi göstərməsinə baxmayaraq, əməlləri ilə bunun əksini etdiklərini bildirən Husi mövcud siyasi şəraitdə Səudiyyəni buna bariz nümunə olaraq göstərib. Əbdülməlik Husi Səud rejimini Allahın Rəsulu (s) və Qurana qarşı hörmətsizlik etməkdə də günahlandırıb. Bundan başqa Husi bölgədə sionist rejim və Amerika ilə əməkdaşlıq edən fasiq alimlərin olduğunu, Yəmən xalqına qarşı qətliamın törədilməsi üçün fətvaların məhz belələri tərəfindən verildiyini bildirib. Husi çıxışının davamında “Bu gün baş verənlər onu deməyə əsas verir ki, bölgədəki zülmlərin əsl səbəbkarı  Amerika və sionist rejimdir, Ərəbistan kimi ölkələr isə sadəcə bir oyuncaqdır”, - deyə vurğulayıb. “Ənsarullah” hərəkatı lideri Əbdülməlik Husinin çıxışı minlərlə insanın “Amerika və İsrailə ölüm!” şüarlarını səsləndirməsi ilə müşayiət edilib. /

Google+ WhatsApp ok.ru