Yəmənin cənubunda səudiyyə hərbçiləri ağır itgilər verdi

Yəmənin  cənubunda Səudiyyə Ərəbistan hərbçiləri  ağır itgilər veriblər. 
Maide.az xəbər verir ki,  Əl-Aləm telekanalının məlumatına görə, Yəmənin ordusu və xalq komitələri Marəb vilayətindəki Kufəl şəhərinin ətrafında yerləşən Ələşqər strateji dağını, həmçinin Ərəbistanın Nəcran şəhərindəki Əlşərəfə məntəqəsində Əlşəbəkə hərbi mövqeyini öz nəzarətləri altına ala biliblər.
Yəmən ordusu bu məntəqədə üç tankı qənimət götürüb.
 Sərhəd döyüşləri meydanında Yəmən ordusunun artilleriya hücumları da bu ölkənin cənubunda bir qrup ərəbistanlı hərbçinin məhv olmasına səbəb olub./

Google+ WhatsApp ok.ru