Yəmənli döyüşçülər ölkənin iki əyalətində bir neçə rayonu azad ediblər

Təəz vilayətinin əl-Mesrax şəhərində əl-Kesare və Rəs ən-Nəcd rayonları Səud muzdlularının nəzarətindən çıxarılıb.
 
Maide.az xəbər verir ki, yəmənli döyüşçülər onlarla Səudiyyə muzdlularını öldürüb və yaralayıblar.
 
Yəmən döyüşçülərinin artileriyası isə əl-Kesare rayonunda muzdlulara məxsus silah-sursat anbarını hədəfə alıblar.
 
Təəz vilayətində isə yəmənli döyüşçülər əl-Əmri rayonu ərazisində muzdlulara məxsus bir tankı məhv ediblər.
 
Yəmən ordusu və milli qüvvələri əl-Beyza vilayətinin Zi Naem rayonunda terroristlərin mövqelərinə hücum edərək, onları həmin bölgədən qovublar.
 
Yəmən qaynaqları bildirirlər ki, bu hücum nəticəsində Ərəbistan muzdluları ağır tələfat veriblər və yəmənli döyüşçülər böyük miqdarda silah ələ keçiriblər./

Google+ WhatsApp ok.ru