Yəmənin Ənsarullah qruplaşması BMT-nin irəli sürdüyü atəşkəs layihəsi ilə razılaşıb

Ənsarullah qruplaşmasının sözcüsü Mohəmməd Əbdüssalam cümə günü bildirib: Biz BMT- ilə atəşkəs rejiminin bərqərar olması, mühasirənin götürülməsi və siyasi danışıqların bərpa edilməsi ilə razılığa gəlmişik.
 
Maide.az xəbər verir ki, o, BMT-nin vasitəçiliyi ilə danışıqlar layihəsində Ənsarullahın həssaslığının nəzərə alınacağına ümdvar olduğunu bildirib.
 
Qeyd edək ki, Ənsarullah qruplaşmasının sözcüsü daha əvvəl BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Şeyx İsmayıl Vələd əş-Şeyx Əhmədlə görüşərək, Cenevrədə keçiriləcək danışıqlar layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıb.
 
BMT-nin xüsusi nümayəndəsi keçən həftə bildirmişdi ki sülh danışıqları keçirilməzdən əvvəl, Yəməndə atəşkəs bərqərar olacaq.
 
Yəmənin istefa vermiş prezidenti Məndur Hadi də çərşənbə axşamı günü BMT-yə məktubla müraciət edərək, Ərəbistanın rəhbərlik etdiyi koalisiyadan 15 dekabrdan etibarən bir həftəlik atəşkəs rejiminin bərqərar olmasını istədiyini bildirib./
 

Google+ WhatsApp ok.ru