Yəmənin xalq komitələrinin raket hücumunda 152 işğalçı ölüb

Yəmənin xalq komitələrinin raket hücumunda işğalçı Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrindən ən az 152 nəfər həlak olub. 
Maide.az Press tv-yə istinadən xəbər verir ki, Yəmənin xalq komitələri ötən axşam raketlə  işğalçı Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın çoxsayda qüvvələrin komandanlıq mərkəzini bombalayıb. Raket hücumunda  152 nəfər o cümlədən 42 Amerikanın `Blackwater` şirkətinin qüvvələri , 23 Səudiyyəli, 9 BƏƏ-li  və 7   Mərakeşli zabit öldürülüb. 
Məlumata görə,  bir hərbi gəmi 146 nəfərin o cümlədən muzdluluarın cəsədlərini Ədən limanına aparıb. 
Yəmən KİV-lərinin məlumatına görə,  raket hücumu zamanı işğalçı Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri çox sayda silah-sursat və digər itgilər veriblər. Hücum zamanı iki Patriot raket sistemi, 3 Apaçı vertolyot və 50 –dən çox hərbi texnika məhv edilib. 
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri cari ilin mart ayından Yəmənə təcavüzünü davam etdirir. İndiyədək bu təcavüz nəticəsində 7500-dən çox insan ki onların əksəriyyəti dinc sakinlərdir həlak olub. /
 

Google+ WhatsApp ok.ru