Yəməndə fərari prezident tərəfdarları ilə husilər arasında toqquşmalar baş verib, 17 nəfər ölüb, 112 nəfər yaralanıb

Yəmənin Taiz şəhərində fərari prezident Mənsur Hadi tərəfdarları ilə Husilər arasında növbəti qanlı toqquşmalar baş verib.
 
Maide.az “Anadolu” agentliyinə  istinadən xəbər verir ki, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.
 
Toqquşmalar zamanı fərari prezident Mənsur Hadi tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb.  
 
Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Google+ WhatsApp ok.ru