Səudiyyə İranın Yəməndəki səfirliyini bombaladı

Səudiyyə İranın Yəməndəki səfirliyini bombaladı.  Rəsmi Tehran İranın Yəməndəki səfirliyinin Səudiyyə tərəfindən həyata keçirildiyini təsdiqləyib.
 İlkin məlumatlara görə, bombardman nəticəsində bir neçə mühafizəçi yaralanıb. 
 
Maide.az RT kanalına istinadən xəbər verir ki, ötən həftə Səudiyyə İranla bütün diplomatik əlaqələri dayandırdığını açıqladıqdan sonra, bu gün İran da bütün idxal əməliyyatlarını dayandırıb.
 

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən Sənadakı səfirliyin binasına  hava zərbələri endirilən zaman səfirliyin bir neçə mühafizəçisi yaralanıb.

Səfirliyin binası zərər görüb."Səudiyyə İranın Yəməndə yerləşən səfirliyinin binasına zərər yetirməkdə və iranlı diplomatları yaralamaqda birbaşa məsuliyyət daşıyır.",-deyə İran XİN elan edib. 

 
 

 

Google+ WhatsApp ok.ru