Yəmən xalqı Səudiyyənin kaset bombalardan istifadəsini pislədilər -Foto

Etirazçılar beynəlxaq qurumları bu hərbi cinayətə reaksiya verməyə çağırdılar

Ötən gün Səudiyyə Ərəbistanın Yəmənin yaşayış rayonlarını kaset bombalarından atəşə tutmasına etiraz olaraq Yəmənin paytaxtı Sənada geniş miqyaslı etiraz aksiyası keçirilib
Maide.az xəbər verir ki, etirazçılar Səudiyyə rejiminin yaşayış rayonlarında kaset bombalarından istifadəsini pisləyiblər. Onlar kaset bombalarından istifadəni Yəmən xalqının kütləvi qırğın etməsi məqsədi ilə olduğunu bildirdilər və beynəlxalq təşkilatları bu cinayətlərə reaksiya verməyə çağırdılar. 
Qeyd edək ki, son həftələr ərzində Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənin paytaxtı Sənanın yaşayış rayonlarını qadağan olunan kaset bombalarından atəşə tutub.
Səudiyyə qırıcıları mülki vətəndaşların yaşadığı əraziləri bombardman ediblər. Bu bombardman nəticəsində çox sayda insan həlak olub və yaralanıb. 
Bir neçə gün öncə Human Rights Watch insan haqları təşkilatı da Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu bildirmişdi. /
 
 
 

Google+ WhatsApp ok.ru