İngiltərə də təcavüzkar Ərəbistanla Yəmənə hücumlarda əməkdaşlıq edir

İngiltərənin hərbi ekspertləri Səudiyyə Ərəbistan ordusu ilə Yəmənə hava hücumlar təşkil etməkdə əməkdaşlıq edir. 
Maide.az xəbər verir ki,  Sky TV  məlumat yayaraq elan edib ki, İngiltərənin 6 hərbi eksperti Səudiyyə Ərəbistanın Yəmənə hücumlarında iştirak edirlər. Lakin İngiltərənin Müdafiə Nazirliyi elan edib ki, həmin hərbiçilər bir başa əməliyyatlara qatılmır və Ərəbistan ordusuna məzlum Yəmən xalqının başına bombalar yağdırmaqda yardım edir. 
İngiltərə Müdafiə Naziriyi həmdə iddia edib ki, Ərəbistanla bu əməkdaşlıq hücumların insan haqlarına uyğun təşkil edilməsinə görədir. 
Britaniya hökumətinin bu addımı ölkədə insan haqları təşkilatlarının etirazına səbəb olub. Onlar bildirirlər ki, Yəmənə hücum etməkdə Ərəbistana yardım edən ölkələr Ərəbistanla birlikdə hərbi cinayətlər törədirlər. 
İngiltərə hökuməti son illər ərzində Səudiyyə Ərəbistana   8 milyard dollar dəyərində hərbi texnika və silah-sursat satıb. 
Qeyd edək ki, Yəmən Hüquq və İnkişaf Qanuni Mərkəzi  hesabat yayımlayıb və elan edib ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrin  bu ölkəyə hücumlarının başlandığı gündən dekabr ayınadək Yəməndə 7 min 411 nəfər öldürlüb, 13 min 846 nəfər isə yaralanıb.  
Məlumatda bildirilir ki, öldürülən və yaralananların əksəriyyətini qadın və uşaqlardır. 
Yəməndə Hüquq və İnkişaf Qanuni Mərkəzi yəmənli didərginlərin sayını 900 min nəfərdən çox olduğunu bildirib. /
 
 
 

Google+ WhatsApp ok.ru