Yəmən ordusu və Ənsarullah Səudiyyənin strateji Əl-Xubah şəhərinin astanasında

Yəmən ordusunun Respublika Qvardiyasının qüvvələri və Ənsarullah hərəkatının döyüşçüləri dünən səhər Səudiyyə Ərəbistanının cənubundakı Asır vilayətinin Əl-Xubah şəhərində Səudiyyənin Kral Ordusuna qarşı daha bir güclü hücum həyata keçiriblər.
 
Deyerler.org Almasdar-a istinadən xəbər verir ki, Yəmən Ordusunun Respublika Qvardiyasının qüvvələrilə Ənsarullah hərəkatının döyüşçüləri Əl-Xubah şəhər darvazalarına doğru irəliləyərək, Səudiyyə ordusunun xeyli sayda hərbi nöqtələrində nəzarəti ələ alıblar. Hücum zamanı bir neçə koalisiya döyüşçüsü də öldürülüb.
 
Yəmən mənbələrinin verdiyi məlumata görə, Respublika Qvardiya Qüvvələri və Ənsarullah döyüşçüləri hücumdan əvvəl Əl-Xubah şəhərinin girişinə doğru gedən strateji yolda nəzarəti tam ələ almağı bacarıblar.
 
Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri Ənsarullah və Yəmən ordusu tərəfindən başlanmış bu güclü hücumu dəf etməyə cəhd edib. Səudiyyə koalisiya qüvvələri silah və hərbi hava qüvvələri baxımından üstünlüyə malik olsalar da, hücumun qarşısını ala bilməyiblər.

Google+ WhatsApp ok.ru