Yəmənli qadınlar BMT-nin Səna ofisi qarşısında aksiya keçirib

Yəmənli qadınlar Səudiyyə Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın bu ölkəyə hücumlarının davam etməsinə etiraz olaraq BMT-nin Sənadakı ofisi qarşısında aksiya keçiriblər.
 
Maide.az xəbər verir ki, yəmənli qadınlar cümə axşamı günü Sənada BMT ofisi qarşısına toplaşaraq beynəlxalq ictimaiyyətin sükutu nəticəsində Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın bu ölkəyə hücumlarının davam etməsini pisləyib, qadın və uşaqların qətliamını  kütləvi qırğın cinayətləri adlandırıblar.
 
Yəmənli qadınlar Səudiyyə Ərəbistanın hücumlarının dayandırılması və Yəməndə insan faciəsinə səbəb olan ədalətsiz mühasirənin ləğv edilməsini tələb ediblər.
 
Onlar aksiyada bəyanat qəbul ediblər və bəyanatda  beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Təhlükəsizlik Şurasının Yəmənin günahsız vətəndaşları əleyhinə edilən cinayətlər qarşısındakı sükutunu pisləyiblər.
 
Etirazçılar bu bəyanatda Səudiyyə rejiminin  Yəmənə hücumlarda kasset və qadağan olunmuş silahlardan istifadə etməsini də pisləyib və bunu insanlığa qarşı cinayətlərin törədilməsinin humanist və beynəlxalq dəyərlərə zidd olduğunu bildiriblər.
 
Bəyanatda bütün xalqlar, dünya azadlıqsevərləri və beynəlxalq təşkilatlardan istənilib ki, düşmənlərin təcavüzkarlığı və Yəmənin ədalətsiz mühasirəsi qarşısında Yəmən xalqının kənarında dursunlar və onları dəstəkləsinlər./

Google+ WhatsApp ok.ru