Yəmən böhranının həlli üzrə yeni təkliflər

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əlşeyx Yəmən böhranının həlli üzrə yeni təkliflər verib.

Maide.Az xəbər verir ki, Vələd Əlşeyx bazar günü Yəmən dövlətini himayə istiqamətində istefa vermiş prezident Mənsur Hadinin Sənaya qayıtması və üç ay müddətinə bütün ixtiyarlarla işləri əlinə alması, onun ardınca da siyasi və təhlükəsizlik komitəsinin təşkili və BMT-nin 2216 saylı qətnaməsinin icrası məsələsini irəli sürüb.

Bəzi yəmənli mənbələr bu təklifləri əcnəbilərin Yəməndə iştiraklarına qanuni don geyindirmək və "Yəmən döyüşən tərəflər arasında razılaşmaya məhkumdur" məsələsinə göz yummaq istiqamətində izah edirlər, zira bu ölkə keçid dövründədir.

Yəmənin daxili mənbələrinin dediklərinə görə, başlıca olaraq, mülki məntəqələri hədəfə alan Ərriyadın ölümcül hücumlarında 9500 nəfərdən çox insan öldürülübdür. /

Google+ WhatsApp ok.ru