Yəmənli uşaqlar ciblərinin xırda pulunu BMT-yə verməyə davam  edir

Yəmənli uşaqlar ciblərinin xırda pulunu BMT-yə verməyə davam edir

Yəmənli uşaqlar Ali-Səud rejiminin adının uşaq qətlə yetirən ölkələrin adları siyahısından çıxarılmasını BMT-nin bu cinayətkar rejimlə əlbir olması kimi qiymətləndiriblər.
 
Maide.Az xəbər verir ki, Yəmənin əl-Məsirə telekanalının məlumatına görə, Təiz, İmran və Həccə vilayətlərində uşaqlar BMT-nin Ərəbistanın adını uşaqların hüquqlarını pozanların qara siyahısından çıxarmasına etiraz olaraq aksiya keçiriblər.
 
Yəmənli uşaqlar BMT baş katibinin  Ərəbistanın adını cinayətkarlar siyahısından çıxarması ilə bağlı qərarını pisləyərək pul kassalarını sındırıb, xırda pullarını BMT-yə hədiyyə ediblər. 
 
BMT baş katibi Ban Ki Mun Ər-Riyadın bu təşkilata maliyyə yardımlarını dayandırması ilə bağlı son hədəsi ardınca, Ərəbistanın adını uşaqların hüquqlarını pozanların siyahısından çıxarıb.
 
Ərəbistan ABŞ-ın köməyi və regionun bəzi ərəb ölkələrinin əməkdaşlığı ilə 2015-ci il 26 martdan Yəmənə irimiqyaslı hücumlara başlayıb. Məqsədi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.
 
Bu hücumlar nəticəsində minlərlə yəmənli, o cümlədən yüzlərlə uşaq və qadın həlak olmuş və yaralanmış, on minlərlə nəfər didərgin düşmüşdür. Üstəlik Yəmənin infrastrukturlarına ciddi şəkildə xəsarətlər dəymişdir.
 
Qeyd edək ki, bir müddət öncədə Yəmənli uşaqlar  Sənada BMT-nın Yəmən ofisinin qarşısna gələrək ciblərinin xırda pullarını təşkilatın binasının önünə töküblər. Bununla onlar hüquq alverçisinə çevrilən təşkilatdan pozulmuş haqlarını tələb ediblər.
 

 

Google+ WhatsApp ok.ru