Səudiyyə Yəməndə atəşkəsi növbəti dəfə pozdu, ölənlər var

Səudiyyə Yəməndə atəşkəsi növbəti dəfə pozdu, ölənlər var

Səudiyyə Ərəbistanı rejimi aviasiyasının Yəmənin cənubunda yerləşən Adən şəhəri ərazisinə endirdiyi aviazərbələr nəticəsində bir ailənin 7 üzvü həyatını itirib. Həyatını itirənlər arasında 2 uşaq və 2 qadının da olduğu bildirilir.  

Bir müddət öncə Yəmənin Taiz vilayətinin cənubuna Səudiyyə aviasiyasının endirdiyi raket zərbələri nəticəsində isə 25 mülki vətəndaş həyatını itirib, 8 nəfərisə yaralanıb.  Bundan əlavə Səudiyyə Ərabistanı hərbi aviasiyası Lahic və Səna vilayətləri ərazilərində uçuşlar həyata keçirib.  

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi  ötən ilin mart ayının 26-dan etibarən Yəmən ərazisinə  təcavüz edib. Bu təcavüz nəticəsində  minlərlə insan həyatını itirib, 10 mindən artıq insan yaralanıb. Yüz minlərlə insan isə öz evlərindən didərgin düşüb. Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib.Mənbə: (eastnews)

Google+ WhatsApp ok.ru