Yəmənə 3 günlük  atəşkəs təklif olunub

Yəmənə 3 günlük atəşkəs təklif olunub

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd    Omanda  Ənsarullah nümayəndələri ilə görüşüb və onlara Yəməndə 3 günlük  atəşkəs təklif edib.  
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, İsmayıl Vələd bu təklifi yəmənli mübarizlərlə  səudiyyəli təcavüzkar qüvvələr arasında  Herz və  Midi  sərhəd bölgəsində  qarşıdurma gücləndikdən sonra təklif edir. 
 
Görüş  ötən gün Maskatda baş  tutub.  İsmayıl  Vələd  görüşdə  ABŞ xarici işlər naziri Con Kerrinin çıxış yolu məzmunlu mesajı Ənsarullah  və  sabiq prezident Əli Abdullah Salehin nümayəndələrinə təqdim edib.
 
 
Con Kerri  ötən həftə  Ciddədə Britaniya və Fars Körfəzi Əməkdaşlıq Şurasının iclasından sonra Yəməndə  böhranın həlli üçün  layihə təqdim edib. 
 
C.Kerri   öz layihəsində  iddia etmişdi ki,  Ənsarullah və Yəmən ordusunun raketləri  Ərəbistan, bölgə və Amerikanın maraqları üçün  təhlükədir.  
 

Google+ WhatsApp ok.ru