Yəmən Husilərinin lideri: `Yəmənə hücum əmri Vaşinqtondan verilib`

Yəmən Husilərinin lideri: `Yəmənə hücum əmri Vaşinqtondan verilib`

 
Yəmənin Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Əl-Husi Yəmənə hücum əmrini Amerikanın verdiyini deyərək, Yəmənə hücum edənlərin bu ölkənin xalqına rəhm etməyən, yolkəsən quldurlar olduğunu bildirib.
 
Əl-Məsirə-yə istinadən xəbər verilir ki, Seyid Əbdülməlik Bədrəddin Əl-Husi dünən Yəmənin paytaxtı Sənada Qədir Xum bayramı münasibətilə təşkil olunan mərasimdə çıxış edib. Ənsarullah rəhbəri çıxışı zamanı Yəmən xalqının təcavüzkarlar qarşısındakı ilyarımlıq müqavimətinə toxunub. Əl-Husi Yəmənə hücum əmrinin birbaşa Vaşinqton tərəfindən verildiyini və təcavüzün bu ölkənin nəzarəti altında saxlanıldığını deyib.
 
Ənsarullah rəhbəri Amerika və Səudiyyə rejiminin heç bir əsas olmadan Yəmənə təcavüz etdiklərini və bu ölkə xalqını qətliam etdiklərini bildirib. Seyid Əbdülməlik Əl-Husi bütün çətinliklərə və düşmənin təchizatlı olmasına baxmayaraq, Yəmən xalqının öz birlik və həmrəyliyilə hər cür hərbi və iqtisadi çətinliklərə qalib gələcəyini və bunları fürsətə çevirəcəyini deyib. (deyerler.org) /

Google+ WhatsApp ok.ru