Yəmən xalqından cəbhəyə görünməmiş yardım: `Səudiyyənin kürəyini yerə vuracayıq`

Yəmən xalqından cəbhəyə görünməmiş yardım: `Səudiyyənin kürəyini yerə vuracayıq`

 
Yəmən qəbilələri toplanmış 6000 səbət üzüm, onlarla inək və qoyun, 20 milyon rial pul, 1 kilo qızıl, su, yemək və şəkərdən ibarət olan yardımlarını, möhtəşəm bir mərasimlə müharibə zonasına göndəriblər.
 
Maide.Az xəbər verir ki, Yəmənli qəbilələr 2 həftə bundan əvvəl cəbhədə Səudiyyə rejiminə qarşı döyüşən Yəmən ordusu və xalq komitələrinə yardım göndərmişdi.
 
Yəmən xalqı Səudiyyə və Amerika işğalından xilas olmaq üçün, canlarını və mallarını Allah yolunda verməyə hazır olduqlarını bildiriblər. 
 
Onlar "Səudiyyə Ərəbistanın kürəyini yerə vuracayıq" -şüarını səsləndiriblər. 
 
Qeyd edək ki, müharibənin başladığı gündən bəri Səudiyyə Ərəbistanının təşkil etdiyi təcavüz nəticəsində 7000 günahsız insan həyatını itirib, on minlərlə insan yaralanıb. Səudiyyə Ərəbistanının təşkil etdiyi hava hücumlarında indiyə qədər ölkə infrastrukturunun %80-i xüsusilə də xəstəxanalar, məktəblər və yaşayış mərkəzləri ziyan görüb.
 
Yəmən xalqı, düşmənin inkişaf etmiş silahlarına və embarqosuna əhəmiyyət vermədən əllərində ki, imkanlar daxilində ölkələrini qorumağa çalışırlar. /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru