Yəmən ordusu `Səmud` raketini təqdim etdi

Yəmən ordusu `Səmud` raketini təqdim etdi

 
Yəmən ordusunun yeni raketi  təqdim olunub. Bu raket vasitəsi ilə düşmənin hədəfləri vurulacaq xüsusi ilə Səudiyyə rejiminin hücumlarının qarşısı alınacaq. Raket dağıdıcı qüvvəyə malikdir.
 
Maide.Az xəbər verir ki, Yəmən ordusunun vahid raketi hesab olunan bu raket ötən günü Yəmən ordusu tərəfindən yayımlanan bəyanatla təqdim olunub. Bəyanatda bildirilir ki, yeni raket Yəmən inqilabının 26-cı ildönümü və şəhidlərin qisasını almaq üçün hazırlanıb.
 
Nümayiş etdirilən “Səmud” raketi 4 metr uzunluğa 555 mm diametrə, döyüş başlığının çəkisi 300 kq, ümumi çəkisi isə 1 ton təşkil edir. Raketin uçuş məsafəsi 38 km təşkil edir. Döyüş başlığı 10 min qəlpədən ibarətdir. /

Google+ WhatsApp ok.ru