Yəmən ordusu, Səudiyyə rejiminin hərbi mərkəzlərini vurdu

Yəmən ordusu, Səudiyyə rejiminin hərbi mərkəzlərini vurdu

Səudiyyə rejiminin hərbi mərkəzləri Yəmən ordusunun artilleriya və raket qoşunları tərəfindən vurulub.
 
Maide.Az-ın "Elmesire" kanalına istinadən verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitə qüvvələri, Səudiyyə rejiminin cinayətlərinə qarşı təşkil etdikləri hücumda Səudiyyə rejiminin Cizan və Nəcran əyalətlərində 4 hərbi bazasını artilleriya atəşinə tutublar.
 
Təşkil olunan hücumlarda çox sayda Səudiyyə rejimi hərbiçisi öldürülüb.
 
Yəmən ordusunun Maribdə Səudiyyə rejimi hərbi bazasına təşkil etdiyi raket hücumunda Səudiyyə rejiminin 21 əsgərinin öldüyü, 31-nin isə yaralandığı bildirilib.
 
Bundan əlavə Amerikanın dəstəyindəki Səudiyyə rejimi döyüş təyyarələri Yəmənin Saədə bölgəsinə təşkil etdiyi hücumda ölən və yaralananların olduğu qeyd edilib.
 

Google+ WhatsApp ok.ru