Yəməndə atəşkəs

Yəməndə atəşkəs

Husilər və Salehin partiyası Xalq Konqresini təmsil edən birgə heyət, hücumların 72 saatlıq dayandırılması təklifini qəbul edib.
 
Maide.Az xəbər verir ki, Omanın paytaxtı Maskat şəhərində Birləşmiş Millətlər Təşkilatının Yəməndəki xüsusi nümayəndəsi İsmali Vild Əş-Şeyx Əhməd ilə bir araya gələn heyət, 72 saatlıq hücumların dayandırılması təklifini prinsipdə qəbul edib.
 
Heyət, Səudiyyə Ərəbistanı rejiminin rəhbərliyi altındakı koalisiyanın, havadan və dənizdən bütün hücumları ilə kəşfiyyat uçuşlarını dayandırmasını şərt qoyub.
 
Qeyd edək ki, Yəmən Qanun və İnkişaf Mərkəzinin "İşğalçı Səudiyyə rejiminin Yəməndəki Cinayətləri" başlığı ilə dərc etdiyi hesabatda bu ifadələr yer alıb: 
 
"Ən az 18 min 508 dinc sakin Səudiyyə ordusunun təcavüzü nəticəsində yaralanıb və bu şəxslərin 2 min 201-i uşaqlar və 1809-u isə qadınlardır.
 
Bu gün bu yaralılar Yəmənin blokada da olmasına görə, ölkədəki dərman və avadanlıq çatışmazlığından dolayı müalicə oluna bilmir. İnsan haqları uşaq qoruma təşkilatları öz səssizliklərini qoruyb saxlayırlar.
 
İşğalçı rejimin  döyüş təyyarələri Yəməni hədəf alaraq, həyati əhəmiyyətə malik 15 hava limanını, 17 limanı, 1155 prospekt və körpü, 216 tank və su şəbəkəsini, 145 elektrik stansiyasını dağıdıb.
 
Bu müddət ərzində həmçinin 375 min 468 ev, 670 məscid və 700 məktəb dağıdılıb. 500 məktəb də dərslər tətil olunub. Səudiyyə hava hücumunda 61 xəstəxana və tibb mərkəzi, 20 xəbərləşmə mərkəzi məhv edilib, dörd milyondan çox insan qaçqın düşüb.
 
1519 hökumət binası, 620 taxıl və ərzaq anbarı, 462 ərzaq yüklü yük maşını, 506 bazar-ticarət kompleksi, 283 yanacaqdoldurma məntəqsi, 214 yanacaqdoldurma tankeri, 238 zavod, 200 qədim tarixə malik əsər, 191 turizm obyekti, 98 idman kompleksi də Səudiyyə rejiminin rəhbərliyindəki koalisiyanın hücumlarında dağıdılıb. Bu hücumlar Yəmən iqtisadiyyatına cisddi ziyan vurub və ölkədə ictimai böhranlara, işsizliyə və yoxsulluğa səbəb olub".
 

Google+ WhatsApp ok.ru