Yəməndə humanitar fəlakət qorxusu

Yəməndə humanitar fəlakət qorxusu

Yəməndə təxminən iki ildir Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində  davam edən qarşıdurmalara görə artan yoxsulluq və aclığın yaxın gələcəkdə insan fəlakətinə çevrilməsindən qorxulur.
 
Maide.Az  "dunyabulteni"nə istinadən xəbər verir ki,  Yəmən Araşdırmalar və İqtisadi Media Mərkəzinin sədri Mustafa Nəsr, verdiyi açqlamada  bildirib ki,  paytaxt Səna, Hudaydə, Haccə, Marəb, Taiz, Ədən və Hadramevt vilayətlərində qıtlıq müşahidə olunur. Xüsusilə Hudaydə və Haccə ciddi qıtlıq təhlükəsi ilə qarşı-qarşıyadır.  Ölkədəki qarşıdurmalar həyatı iflic edib. Yəmənlilərin gəlir mənbələrinin dayanmasına səbəb olub. Xüsusilə də dolanışıqlarını gündəlik işlərlə təmin etməyə çalışan yoxsul təbəqə Səudiyyənin bu təcavüzünün törətdiyi fəsadlardan bilavasitə təsirlənib.
 
ACLIQ HƏDDİNDƏ YAŞAYANLAR ARTIR
 
Sosial yardım təşkilatları tərəfindən 1 milyon 500 min nəfərə edilən yardımların, münaqişələrin başladığı 2015-ci ildən bəri dayandığını qeyd edən Nəsr, iki aydır dövlət işçilərinin maaşlarını almadığını və beləliklə, aclıq həddində yaşayanlara yenilərinin əlavə olunduğunu bildirib.
 
Nəsr, ərəb ölkələri və beynəlxalq cəmiyyətə, Yəmən üçün təcili humanitar yardım çağırışı edib. Yəmən hökumətindən də məmur maaşlarının ödənilməsi üçün alternativ iqtisadi həll tapmasını və evlərini tərk etmək məcburiyyətində qalanlara lazım olan yardımları etməsini istəyib.
 
8 mindən artıq mülki şəxs həlak olub
 
Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə qarşı 2015-ci ilin mart ayının 26-dan başladılan təcavüzkar hücumlarda indiyə qədər 8 mindən artıq mülki şəxsin həlak olduğu qeyd olunub.
 
 
Yəmənin Səhiyyə Nazirliyinin müşaviri Qazi İsmayıl dünən paytaxt Sənada jurnalistlərə verdiyi açqılamasında, Səudiyyə rejiminin Yəmənə qarşı 19 ay ərzində davam etdirdiyi təcavüzkar hücumlarda, Yəmən xalqından 8 mindən artıq insanın həlak olduğunu, 19500 nəfərin isə yaralandığını bildirib.
 
Qazi İsmayıl açıqlamasında, Səudiyyə rejiminin döyüş təyyarələrinin bütün mülki hədəfləri hədəfə aldığını, qəsdən ictimai toplaşma yerlərlərini, toy və yas mərasimlərini də hədəfə alaraq bombardman etdiyini bildirib.

Google+ WhatsApp ok.ru