Yəməndə 7 milyon insan aclıqla üz-üzədir

Yəməndə 7 milyon insan aclıqla üz-üzədir

"Qida çatışmazlıqından ən çox qadın və qız uşaqları əziyyət çəkir."
 
Təxminən 17 milyon yəmənlinin lazımi qədər qidalanmaq fürsəti yoxdur, onlardan da 7 milyonu aclıq çəkməyə yaxındır. Bu haqda məlumatı BMT-in Yəmən üzrə humanitar koordinatoru Ceymi MakQoldrik verib.
 
BMT nümayəndəsi qeyd edib ki, bu böhranın səbəbi qida məhsullarının qıtlığı, ərzaq və yanacaq qiymətlərinin artımı və həm də kənd təsərrüfatı məhsullarının istehsalının dayanmasıdır.
 
“Qadınlar və qız uşaqları digərlərindən daha pis qidalanmağa başlayıb. Yəməndə yaşayan 7 milyon insan növbəti zaman nə vaxt yemək yeyəcəklərini bilmir, onlar aclıqla üz-üzədirlər.”,  -deyə o bildirib. (islamazeri) /
 

Google+ WhatsApp ok.ru