Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub - VİDEO 15 May 2017 01:00 Yəmən Yəmənin paytaxtı Sənada vəba epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Maide.Az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi elan edib ki, aprelin ayının sonundan Yəməndə vəba epidemiyasında 115 nəfər həlak olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Dominik Stilhart bildirib ki, ölkənin 14 əyalətində 8,5 mindən çox yoluxma halı qeydə alıblar. D.Stilhart bildirib ki, vəba epidemiyası çirkli su və havaların isinməsi səbəbi ilə daha da geniş formada yayılmağa başlayıb. Yəmən Səhiyyə Nazirliyi humanitar təşkilatları epidemiya ilə mübarizədə dəstək olmalarına çağırıb. Qeyd edək ki, ötən ildə vəba epidemiyasına görə 115 nəfər həyatını itirib. Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edib və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib. Təqribən 3.3 milyon yəmənli ki, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir. BMT elan edib ki, Yəməndə 17 milyon nəfər yaxın zamanlarda aclıqla üzləşəcək. Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib. (presstv) Teqlər : #Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən xalqı Səudiyyə rejimi və Amerikaya qarşı milyonluq mitinq keçirdi Yəmən qüvvələrindən Səudiyyə rejiminə daha bir ağır zərbə
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'