Yəmən xalqı Səudiyyə rejimi və Amerikaya qarşı milyonluq mitinq keçirdi

Yəmən xalqı Səudiyyə rejimi və Amerikaya qarşı milyonluq mitinq keçirdi

Yəmən xalqı paytaxt Sənada Səudiyyə rejimi və Amerika terrorizminə qarşı etiraz yürüşü​ keçirib.
 
Yəmən xalqı mayın 12-də milli qurtuluş hökuməti rəsmilərinin iştirakı ilə Sənada səsləndirdikləri şüarlarda Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkarlığını qınayıb. Nümayişçilər Qərb ölkələrinin Amerikanın törətdiyi cinayətlərinə həyasızcasına tərəfdaşlıq etmələrini sərt şəkildə tənqid edib.
 
Yəmənin Ali İnqilabi Şurasının sədri Məhəmməd Əli Əl-Husi Sənada keçirilən mitinqdə etdiyi çıxışında, Yəmən xalqından ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərə başlaması səbəbilə ölkə miqyasında mitinqlərin keçirməsini istəyib. Əl-Husi, eyni zamanda Yəmən xalqının güclü səsini və onların Amerika terrorizminin əleyhinə olduqlarını dünyaya çatdırmaq üçün bu yürüşlərdə iştirakının zəruri olduğunu vurğulayıb.
 
Yəmən xalqı izdihamlı mitinqdə Amerikanın bu ölkəyə qarşı terror siyasətini​ qınayıb. (deyerler) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru