Yəmən ordusu BƏƏ-nin Beynəlxalq Hava Limanını bombardman etdi -VİDEO

Yəmən ordusu BƏƏ-nin Beynəlxalq Hava Limanını bombardman etdi -VİDEO

Yəmən Hərbi Hava Qüvvələri (HHQ) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki Beynəlxalq Hava Limanını yeni istehsal olunmuş Samad-3 pilotsuz uçuş aparatı (PUA) ilə bombardman edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının sabiq sədri şəhid Saleh Əs-Samadın şərəfinə adlandırılan yeni nəsil Samad-3 PUA-sı 1000 km. məsafə qət edə bilir. Yəmən HHQ-si Sammad-3 PUA-sı ilə BƏƏ-nin Abu Dabidəki Beynəlxalq Hava Limanını 2 saat ərzində 6 dəfə bombalaması nəticəsində hava limanının xeyli sayda personalının öldüyü və yaralandığı bildirilib.
 
BƏƏ rəhbərliyi hücumu təsdiqləyərək, hava limanındakı uçuşları bir müddət təxirə salmalı olub.
 
Xatırladaq ki, Yəmən HHQ-i keçən həftə də Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı Aramco neft şirkətinin anbarlarını Qasef 2 PUA-sı ilə bombardman etmişdi.
 

Google+ WhatsApp ok.ru