Yəmən ordusu Səudiyyə və BƏƏ muzdlularının Hudeyda vilayətində hücumunu dəf etdi; azı 45 ölü -VİDEO

Yəmən ordusu Səudiyyə və BƏƏ muzdlularının Hudeyda vilayətində hücumunu dəf etdi; azı 45 ölü -VİDEO

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə tabe olan qüvvələr Yəmənin Hudeyda vilayətində eyni adlı şəhərini ələ keçirmək məqsədilə növbəti genişmiqyaslı əməliyyata başlayıb.   

İşğalçı qüvvələr Hudeyda-Sana magistiral yolunu ötən gün ələ keçiriblər. 

 Şiddətli döyüşlər nəticəsində magistral yol Husilər tərəfindən geri alınaraq, Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələrinə məxsus azı 8 “Nimr Abjan 440a” tipli zirehli avtomobilini sıradan çıxarıb.

Döyüşlər nəticəsində işğalçı qüvvələrin 45 hərbçisini itirdiyi qeyd edilir.

Hazırda Hudeyda vilayətində döyüşlərin davam etdiyi qeyd edilir.   

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.   /eastnews.org/

Google+ WhatsApp ok.ru