Yəməndə minlərlə insan 3 gündür etiraz aksiyası keçirir - Səudiyyə rejim əleyihinə 05 Oktyabr 2018 01:00 Yəmən Minlərlə yəmənli artıq 3 gündür ki, Səudiyyə Ərəbistan rejiminin bu ölkəyə təcavüzü və ölkədə yaratdığı iqtisadi böhran əleyhinə etiraz aksiyası keçirir. Maide.Az “Əl-Minar”a istinadla xəbər verir ki, etirazçılar Taiz əyalətinin küçələrində Səudiyyə rejim əleyhinə şüarlar səsləndirib. Etirazçılar Yəməndə yaranmış iqtisadi problemlərin əsas səbəbkarının Səudiyyə rejimi və BƏƏ olduğunu vurğulayıb. Onlar bildirir ki, Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələri ölkədə infrastrukturu dağıtması iqtisadi problemləri daha da artırıb. Yəməndə bir çox mağaza sahibi də tətil elan edib. Qeyd edək ki, Yəmən pulu dəyərini itirib və qiymətlər həddən artıq artıb. Bu Yəməndə iqtisadi böhrana səbəb olub. Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür. Teqlər : #Yəməndə minlərlə insan 3 gündür etiraz aksiyası keçirir Səudiyyə rejim əleyihinə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son həftədə Yəmənin bir əyalətində vəbaya görə 20 nəfər həlak olub YUNİSEF: Yəməndə bütün uşaqlar yardıma möhtacdır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'