Yəməndə insanlar aclıqdan ağac yarpaqları yeyirlər 10 Dekabr 2018 17:14 Yəmən Yəmənin Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Həsən əs-Səudi ölkədəki humanitar faciə ilə bağlı açıqlama verib. Məhəmməd Həsən əs-Səudi açıqlamada vurğulayıb ki, Yəməndə əsas humanitar yardımlar reallaşdırılmalıdır. "Bəzi bölgələrdə insanlar aclıqdan ağaz yarpaqları yeyirlər", - deyə Məhəmməd Həsən əs-Səudi diqqətə çatdırıb. Səhiyyə Nazirliyi rəsmisi qeyd edib ki, Yəməndə demək olar hər gün uşaqlar ölür. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. /eastnews.org/ Teqlər : #Yəməndə,#insanlar,#aclıqdan,#ağac,#yarpaqları,#yeyirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'