Yəməndə ölüm sərhədində 400 min körpə və uşaq var

Yəməndə ölüm sərhədində 400 min körpə və uşaq var

Türkiyə Qızıl Aypara Cəmiyyətinin həmsədri Kərəm Kınık Səudiyyə rejiminin 2015-ci ilin martında Yəmənə hücuma başlamasından sonra Yəməndə baş verən böhran və humanitar böhranın ölkədə dərin izlər buraxdığını söyləyib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin regiondakı daimi nümayəndəliyinin ciddi fəaliyyətdə olduğunu bildirən Kınık, ölkə əhalisinin 75%-nin yardıma möhtac olduğunu bildirib: “Təxminən 18 milyon insanın yardıma möhtac olduğu bir məkandan bəhs edirik. Bu mənada vətəndaşlarımızın dəstəkləri çox qiymətlidir. Əlbəttə, bunun artması lazımdır. Türkiyə Qızıl Aypara Cəmiyyəti beynəlxalq təşkilatlardan da Yəməndəki bu əməliyyatlar üçün dəstək alır.
 
Yəməndə dərd böyükdür, səylər də böyük olmalıdır. Ölkədə 18 milyon insan yardıma möhtacdır. Ölüm sərhədində 400 min körpə və uşaq var. Bunlar dərhal ərzaqla təchiz edilməlidir. Ölkənin böyük hissəsi dövlətdən aldığı maaşla yaşayışını təmin edir. Dövlət də əmək haqqı ödəmədiyi üçün bunların hər hansı bir dolanışığı yoxdur. Əhalinin yarısı gəliri olmadan yaşamağa məcburdur. Təəssüf ki, üç milyona yaxın daxili köçkünün məskunlaşma və müdafiədə ciddi sıxıntıları var. Həddən artıq yaralı var”.
 

Google+ WhatsApp ok.ru