Yəmən Səhiyyə Nazirliyi: Ölən və yaralananların sayı 50 min nəfəri keçib

Yəmən Səhiyyə Nazirliyi: Ölən və yaralananların sayı 50 min nəfəri keçib

2015-ci ildən Səudiyyə Ərəbistanı rejiminin təcavüzü ilə Yəməndə  davam edən müharibədə ölənlərin və yaralananların sayı  50 min nəfəri keçib. 
 
Maide.Az xəbər verir ki, bu barədə Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Yusif Əl-Haziri  bildirib. 
 
“Səudiyyə Ərəbistanın  başçılıq etdiyi koalisiyanın Yəmənə hücumlarını başladığı gündən indiyədək  52 min  yəmənli ölüb və yaralanıb.  “Onlardan 13 min 259 min nəfəri  ki,  3800 nəfəri körpə və azyaşlı uşaqlardır şəhid edilib.”
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  Qeyri-rəsmi məlumatlara görə, 60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir  %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 

Google+ WhatsApp ok.ru