Yəməndə BMT nəzarəti altında fəaliyyət göstərən 268 xəstəxanadan 100-ü tətil olub 07 Sentyabr 2019 09:50 Yəmən BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanem Yəmənli qadınlar üçün humanitar faciə ilə bağlı xəbərdarlıq edib. Maide.Az “almayadeen” a istinadla xəbər verir ki, N.Kanem bildirib ki, tibbi imkanatın olmaması və səhiyyə ocaqlarının tətil olamsına görə hər iki saatda bir yəmənli xanım doğuş zamanı həyatını itirir. “Yəməndə BMT fondunun nəzarəti altında fəaliyyət göstərən 268 xəstəxanadan 100-ü tətil olub. Ölkədə xəstəxanaların tətil olması bir başa tibb xidmətlərinə ehtiyacı olan 650 min yəmənli xanımın vəziyyətinə təsir göstərəcək. Əgər BMT fondunun nəzarətində olan xəstəxanaların tətil olması davam edərsə 1 milyon yəmənli xanım problemlə üzləşəcək”. Qeyd edək ki, bundan öncə YUNİSEF öz hesabatında bildirmişdi ki,Yəməndə səhiyyə ocaqlarının olmaması və tibbi avadanlıq çatışmamazlığına görə, hər iki saatda bir ana və 6 körpə həyatını itirir. Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu ölkədə 50 mindən çox insanın ölümünə səbəb olub. ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar təşkil edən Səudiyyə rejimi bu ölkəni mühasirədə saxladığı üçün Yəməndə qida və dərman çatışmazlığı və kütləvi xəstəliklər yaşanır. Teqlər : #Yəməndə,#BMT,#nəzarəti,#altında,#fəaliyyət,#göstərən,#268,#xəstəxanadan,#100ü,#tətil,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə həbsxanaya hücum - Ölü sayı 156-ya çatdı Yəmənlilərin Kərbəla hadisəsindən aldığı ibrət: Mübarizə davam etdiriləcək
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'