Yəmənlilərin Kərbəla hadisəsindən aldığı ibrət: Mübarizə davam etdiriləcək 09 Sentyabr 2019 16:04 Yəmən Yəmən sakinləri Tasua və Aşura günlərində xüsusi mərasimlər vasitəsilə İmam Hüseynə (ə) öz məhəbbətlərini nümayiş etdirib. Maide.Az xarici kİV-ə istinadla xəbər verir ki, bu gün Yəmənin müxtəlif əyalətləri dünyanın digər ölkələri ilə birlikdə üçüncü şiə imamının və onun silahdaşlarının xatirəsinə həsr olunmuş xüsusi ayinlər keçirir. Yəmənli “Ənsarullah” vebloqunun verdiyi məlumata görə, bazar günü əl-Hudeyda liman şəhərində matəm mərasimində elan edilmişdi ki, Aşura qiyamının ildönümü Yəmən xalqının dövrümüzün ən böyük canilərinin yəni ABŞ, İsrail, Səud və onların müttəfiqlərinin təcavüzünə qarşı qalxdığı bir vaxta təsadüf edir. Mərasim iştirakçıları Kərbəlada baş verən hadisələrdən və İslam Peyğəmbərinin (s) sevimli nəvəsinin xeyir və din yolunda şəhadətindən ibrət almağın vacibliyini vurğulayıblar. Yəmənin İbb əyalətində təşkil olunan mərasimdə İmam Hüseynin (ə) və silahdaşlarının Kərbəla səhrasında göstərdiyi şücaətdən nümunə götürərək şər və təcavüzə qarşı mübarizə aparmağın vacib olduğu bildirib. Mərasim iştirakçıları İmam Hüseynin (ə) qiyamının dayanmadığını və ədalətin bütün dünyada yayılmasına qədər davam edəcəyini vurğulayıblar. Oxşar matəm mərasimləri Yəmənin digər əyalətlərində, o cümlədən Taiz, Rayma və Saadda da keçirilib. Teqlər : #Yəmənlilərin,#Kərbəla,#hadisəsindən,#aldığı,#ibrət:,#Mübarizə,#davam,#etdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə BMT nəzarəti altında fəaliyyət göstərən 268 xəstəxanadan 100-ü tətil olub Yəməndə insanlıq tragediyası - Minlərlə silahsız insan öldürülüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'