Yəməndə insanlıq tragediyası - Minlərlə silahsız insan öldürülüb 11 Sentyabr 2019 13:10 Yəmən BMT İnsan Haqları komissarı Mişel Baçelet Yəməndə 4 ildir öldürülən sivillərlə bağlı danışıb. Maide.Az İHA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, 26 mart 2015-ci ildən 5 sentyabr 2019-cu ilə qədər 7508 sivil öldürülüb. Onlardan 1997-si uşaqdır. Ölü sayının hər gün artdığını deyən Baçelet, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Dhamar şəhərində bir məktəbə etdiyi hücum zaman 109 nəfər ölüb, 50 nəfər isə yaralanıb. O sözlərinə əlavə edib ki, humanitar yardımların edilməsinin qarşısı alınır, jurnalistlərə öz işini icra etməyə imkan verilmir və qeyri-qanuni həbslər həyata keçirilir. Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu ölkədə 50 mindən çox insanın ölümünə səbəb olub. ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar təşkil edən Səudiyyə rejimi bu ölkəni mühasirədə saxladığı üçün Yəməndə qida və dərman çatışmazlığı və kütləvi xəstəliklər yaşanır.Minlərlə insan kütləvi virusa yoluxub. Teqlər : #Yəməndə,#insanlıq,#tragediyası,#Minlərlə,#silahsız,#insan,#öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənlilərin Kərbəla hadisəsindən aldığı ibrət: Mübarizə davam etdiriləcək Yəməndə milyonların Aşura yürüşündə səsləndi:‘Təzyiqlər qarşısında İranın yanındayıq’
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'