Yəməndə 5 ildə 15 min 420 mülki şəxs öldürülüb 11 Dekabr 2019 10:31 Yəmən Yəməndə 5 il davam edən müharibədə 15 min 420 mülki şəxs öldürülüb, 23 min mülki şəxs isə yaralanıb. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Yəmən İnsan Haqları Pozuntularına Nəzarət Birliyi "10 dekabr Ümumdünya İnsan Hüquqları Günü" ilə əlaqədar yayımladığı hesabatda bildirib. Hesabatda Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdiyi gündən indiyədək ölkədə 4 min 272 mülki şəxsin qaçırıldığı, 6 min 352 uşağın hərbi məqsədlərlə xidmətə götürüldüyü qeyd edilib. Səudiyyə rejimi Yəməni qurudan, dənizdən və havadan blokadada saxlayır. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün kəskin ərzaq və dərman qıtlığına səbəb olub. Teqlər : #yəmən,#səudiyyəərəbistan,#2015,#aclıq,#qıtlığ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə koalisiyasının Yəmənli uşaqların qətli ilə bağlı dəhşətli statistika Səudiyyə rejimi Yəməndə xərçəng xəstələrinin müalicəsinə əngəllər yaradır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'