Yəmənlilər Səudiyyə hərbi mövqelərinə zərbələr endirdi - Video

Yəmənlilər Səudiyyə hərbi mövqelərinə zərbələr endirdi - Video

iyunun 13-də Yəmən ordusu və “Ənsarullah” hərəkatı hərbçiləri Səudiyyə Ərəbistanı mövqelərinə qarşı növbəti əməliyyat həyata keçiriblər. 

Məlumata əsasən, Yəmənli döyüşçülər Cizan vilayətinin Cəbəl Qeys yüksəkliklərində Səudiyyə Ərəbistanı hərbçiləri və muzdluların atəş nöqtələrinə qarşı əməliyyat keçiriblər.

Səudiyyə Ərəbistanı mövqeləri Husilər tərəfindən tank əleyhinə idarə edilən raket kompleksləri ilə məhv edilib. 

Səudiyyə Ərəbistanı cəbhə xəttinə dəstək məqsədilə Yəmən hərbçilərinə aviasiya zərbələri endirməsinə baxmayaraq Husilərin irəliləməsinin qarşısını ala bilməyib. 

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir.

Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  /eastnews.org/

Google+ WhatsApp ok.ru