Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq 13 Fevral 2017 02:00 İqtisadiyyat OPEC təşkilatı yanvar ayında öhdəliyinə 90% əməl edib Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEC və ona üzv olmayan ölkələrin neft hasilatını azaltması ilə bağlı razılaşmasına daha çox əməl ediləcək. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui "Reuters" agentliyinə müsahibəsində bildirib. Nazir müstəqil mənbələrdən aldığı hesabatlara istinadən qeyd edib ki, yanvar ayında razılaşmaya yaxşı əməl edilib: "Biz, yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik". Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatına görə, yanvar ayında OPEC üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib. / Teqlər : #Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərzaq məhsulları 14.5 faiz, qeyri-ərzaq məhsulların qiymətləri isə 12.3 faiz artıb `28 May` metrostansiyasından Lökbatan istiqamətində yeni marşrut xətti açılır