Yüklərin gömrükdə saxlanıldığı barədə şikayətlər davam edir

Yüklərin gömrükdə saxlanıldığı barədə şikayətlər davam edir

-- Şirkət 3 həftədən çoxdur sifarişləri müştərilərinə çatdıra bilmir..

Xaricdən alınan yüklərin və bağlamaların gömrükdə saxlanıldığı barədə şikayətlər azalmır.
 
Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətinin yüklərinin də gömrükdə saxlanıldığı bildirilir.
 
Maide.Az bildirir ki, bu barədə "Marja"ya şirkətin müştərisi Tomris Fərəcova məlumat verib.
 
""Polar Kargo" sonuncu dəfə 19 Yanvar 2018-ci il tarixində götürdüyü sifarişləri 3 həftədən çoxdur müştərilərinə çatdıra bilmir. Nə şirkət, nə də Gömrük bizə səbəbləri izah etmir. Ən pis tərəfi budur ki, məhsullarımızı nə vaxt götürə biləcəyimizi də demirlər. Məhsullar fərdi olaraq sifariş etdiyimiz geyim və ayaqqabılardır. 
 
Dövlət Gömrük Komitəsinə onlayn şəkildə müraciət etmişik. Cavab verməyiblər. Əlavə olaraq Bakı şəhər Baş Gömrük Komitəsi ilə telefonla da əlaqə saxlamağa çalışırıq. İdarənin telefonlarına da cavab verilmir". 
 
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycana poçt bağlamalarının və yüklərin daşınması ilə məşğul olan bir neçə şirkətin gətirdikləri malların gömrükdə saxlanılmasının problemli mallar ilə əlaqədar olduğunu bildirmişdi:. 
 
"Çətinliklə qarşılaşan şirkət yoxdur, sadəcə problemli mallar var. Nə qədər izah etməyimizə baxmayaraq, elektoşoker, beşbarmaq, xüsusi müşahidə aparmaq funksiyasına malik olan video saatlar və s. sifariş edilir.
 
Biz heç bir şirkətə problem yaratmırıq. Problem yaradan özləridir. Çünki düzgün izah işləri aparmırlar. Qazanc naminə qanunsuz malları qəbul edirlər”.
 
 

Google+ WhatsApp ok.ru