YUNİSEF: Yəməndə 6700 uşaq həlak olub və ya ağır yaralanıb

YUNİSEF: Yəməndə 6700 uşaq həlak olub və ya ağır yaralanıb

Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (YUNİSEF) yayımladığı yeni hesabata görə, Səudiyuə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın  2015-ci ilin martından bu günə qədər Yəmənə etdiyi hücum və təcavüz nəticəsində 6700 uşaq həlak olub və ya ağır yaralanıb.

Maide.Az xarici KIV-ə istinadən xəbər verir ki, hesabata görə, 358 min uşaq hər an aclıqdan ölmək təhlükəsi qarşısındadır.

 Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.

 

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 

Google+ WhatsApp ok.ru