YUNİSEF statistikalarında Yəmən həqiqətləri tərsinə göstərilir

BMT-nin uşaq fondu YUNİSEF dünən bildirib ki, ötən on həftə ərzində Yəməndə baş vermiş döyüş və kobudluqlarda azı 279 uşaq həlak olub.
Maide.az xəbər verir ki, YUNİSEF-in Yəməndəki xüsusi nümayəndəsi Culian Harnis deyib ki, bu ölkədə daxili böhran başlanandan indiyədək azı 279 uşaq həlak olub və 402 uşaq yaralanıb.
 O, günahsız uşaq və qadınların ötən üç ayda Ali-Səudun bombardmanları altında şəhid olmalarına toxunmayıb, lakin yəmənli uşaqlardan döyüşlərdə istifadə edilməsi adlandırdığı məsələni tənqid edib.
Harnis həmçinin uşaqların Yəmənin 11 məntəqəsində təkfirçi-terrorçu qruplar tərəfindən qırğın edilməsi məsələsinə münasibət bildirməyib və öz həyatını qorumaq üçün əlinə silah almış yeniyetmələri tənqid edib.
Ötən 84 gün ərzində amerikan-ərəbistan koalisiyası və təkfirçi-terrorçu qrupların hücumlarında 2500-dən çox insan şəhid olub, azı 8 min nəfər də yaralanıb.
BMT bundan öncə bildirmişdi ki, Yəmənə qarşı hava hücumları nəticəsində 12 milyondan çox yəmənli təcili humanitar yardımlara ehtiyaclıdır. /
 

Google+ WhatsApp ok.ru