Yəməndə 18 milyon insan qida və su əldə edə bilmir 23 Aprel 2018 01:00 Yəmən -- son 6 ayda çirkli su və yoluxucu xəstəliklər səbəbindən ən az 2 min nəfər həyatını itirib Yəməndə 18 milyon insan qida və su əldə edə bilmirlər, 7 milyon yəmənli isə həddindən artıq acdır. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəmən ofisinin sabiq rəhbəri Alexander Fit ötən gün yayımladığı açıqlamada bildirib. Maide.Az xarici KİV-lərə istiandən xəbər verir ki, A.Fit qeyd edib ki, son 6 ayda çirkli su və yoluxucu xəstəliklər səbəbindən ən az 2 min nəfər həyatını itirib. 2017-ci ildə Yəmən xalqından ən az bir milyon insan yoluxucu kolera xəstəliyinə tutulmuşdur. A.Fit deyib ki, indiyədək Yəmən xalqından 2300 nəfər yoluxduğu xəstəliklər nəticəsində həyatını itirib. Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemlər yaradıb. Təcavüzkar Səudiyyə Ərəbistanı rejimi Yəməndə anbarları, xəstəxana və digər infrastrukturu bombalayaraq dağıtması bu ölkədə minlərlə insanın ölümünə səbəb olub. Bundan başqa, Səudiyyə rejiminin Yəmənə tətbiq etdiyi sanksiyalar nəticəsində dərman və qida kimi zəruri məhsulların girişi də əngəllənib. Dünyanın ən böyük böhranını yaşayan ölkədə 22 milyondan artıq dinc sakinin yardıma ehtiyacı var. Xeyriyyəçi təşkilatların fəaliyyətinin əngəlləri, davam edən münaqişə, iqtisadiyyatın çökməsi və sosial xidmətlərin olmaması səbəbindən Yəməndə ehtiyaclar hər gün artmaqdadır. Teqlər : #Yəməndə 18 milyon insan qida və su əldə edə bilmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejim qüvvələri Yəməndə 14 mülki şəxsi öldürdü Yəmənə növbəti təcavüz: dinc əhali öldürüldü
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'