Yəməndə vəba epidemiyasından həlak olanların sayı 2110-a çatıb 25 Sentyabr 2017 01:00 Yəmən Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba epidemiyası səbəbindən həlak olan insanların sayının 2110 nəfərə çatdığını bildirib. Maide.Az “RT”ə istinadən xəbər verir ki, Təşkilat ötən beş ay ərzində 2110 yəmənlinin vəba epidemiyası səbəbindən həlak olduğunu və 725 min 400-dən artıq insanın bu xəstəliyə yoluxduğunu bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birlikdə 2014-cü ilin 27 mart tarixindən etibarən Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib və Yəməni hərtərəfli blokadaya alıb. Bir müddət öncə BMT-nin Humanitar İşlər Yardım Koordinatorluğu Ofisi (OCHA) öz "twitter" səhifəsində verdiyi açıqlamada, işğalçı Səudiyyə Ərəbistanı rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində bu ölkədə 10 milyona yaxın uşağın təcili humanitar yardıma möhtac olduğunu bildirmişdi. Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 mindən çox yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. Məhdud sayda BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxmır. Teqlər : #Yəməndə vəba epidemiyasından həlak olanların sayı 2110a çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah BƏƏ-nin zirehli texnikaları ilə Yəmən İnqilabının ildönümünü qeyd etdi- VİDEO BMT-dən Yəmən fəryadı: 10,3 milyon dinc əhaliyə təcili yardım lazımdır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'