Zərdüşt Əlizadə: “Səudiyyə Ərəbistanı özü öz qəbrini qazır”

Təcavüzkar Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın 1500 hərbçisi Yəmənin Ədən şəhərinə daxil olub. Yəmənin ərazi bütövlüyünü pozan hərbi kontingentin hərbçiləri Birləşmiş Ərəb Əmirliklərindən göndəriblər. Yəməndə mart ayından başlayan münaqişə dövründə ilk dəfədir ki, bu sayda hərbçi Yəmənin ərazisinə daxil olub. Bununla yanaşı Yəmənə onlarla tank və zirehli texnika yeridilib.
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən politoloq Zərdüşt Əlizadə deyib ki, bu adddımlar Səudiyyə Ərəbistanının sonunu gətirə bilər: “Yəmən xalqı çox döyüşkən və inamlı bir xalqdır. Səudiyyə Ərəbistanı kimi bir ölkə Yəməni işğal edib, əsarətdə saxlaya bilməz. Yəmənlilər öz müstəqilliklərini qoruyacaqlar. Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə lazımı cavabı verəcəklər. Düzdür ölkə dağlır, xalq zülmə məruz qalır. Amma bununla belə Səudiyyə Ərəbistanı özü öz qəbrini qazır. Yəməndəki döyüşlər istər istəməz Səudiyyənin qərb tərəflərinə keçməyə başlayıb.  Artıq Nəcran və Hicaz bölgələrində döyüş xəbərləri gəlir. Səudiyyə Ərəbistanının şərqi də ayağa qalxa bilər.  Ölkədə artıq dərin iqtisadi, sosial, dini kökləri olan narazılıqlar var. Bu ola bilsin ki, Səudiyyə sülaləsinin sonunu gətirsin. Necə ki, Ərdoğan Suriya münaqişəsinə bilavasitə qoşulmaqla kobud səhfə yol verdi, o cür də Səudiyyə Ərəbistanı Yəmənə girməklə ciddi səhfə yol verdi”. /

Google+ WhatsApp ok.ru