Səudiyyənin yaratdığı koalisiyanın 1500 hərbçisi Yəmənə daxil oldu

Təcavüzkar Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın 1500 hərbçisi Yəmənin Ədən şəhərinə daxil olub.
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Yəmənin ərazi bütövlüyünü pozan hərbi kontingentin hərbçiləri Birləşmiş Ərəb Əmirliklərindən göndəriblər. Yəməndə mart ayından başlayan münaqişə dövründə ilk dəfədir ki, bu sayda hərbçi Yəmənin ərazisinə daxil olub. Bununla yanaşı Yəmənə onlarla tank və zirehli texnika yeridilib.
Qeyd edək ki, Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya mart ayının 26-dan etibarən Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir. Səudiyyə qırıcıları dinc əhalinin yaşadığı əraziləri bombardman edirlər. /

Google+ WhatsApp ok.ru