Ümumdünya Səhiyyə Təşkilatı: `Son 2 ayda Yəməndə 1000-dən çox insan vəbadan həyatını itirib`

Ümumdünya Səhiyyə Təşkilatı: `Son 2 ayda Yəməndə 1000-dən çox insan vəbadan həyatını itirib`

Ümumdünya Səhiyyə Təşkilatı bu gün elan edib ki, 2017-ci ilin aprel ayından indiyədək 1000-dən çox yəmənli vəbadan həyatını itirib. 
 
Maide.Az xəbər verir ki, "Sputnik"-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı öz  tviter hesabında yazıb ki, aprel ayının 27-dən indiyədək Yəməndə 1146 nəfər vəbanın qurbanı olub. “27 aprel 2017-ci ildən indiyədək ümumilikdə 166 min 976 nəfər vəbaya yoluxmaqda şübhəli şəxs qeydə alınıb. Onlardan 1146 nəfəri həyatını itirib”.
 
Yəmənin Səhiyyə Nazirliyinin rəsmiləri 2016-cı ilin oktyabr ayında bu ölkədə vəba epidemiyasının yayıldığını elan edib.
 
Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Yəmənin müxtəlif bölgələrində 7 milyon 600 min nəfər yaşayır ki, onların vəbaya yoluxma ehtimalı çoxdur. /

Google+ WhatsApp ok.ru