300 nəfər zəhərlənib - Türkiyədə 05 Fevral 2019 09:12 Hadisə Türkiyənin Burdur şəhərinin Burcak bölgəsində ötən həftənin son günləri təxminən 300 nəfər içməli sudan zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib. Maide.Az xəbər verir ki, Burcak bələdiyyəsindən verilən məlumata görə, təxminən 45 min insanın yaşadığı bir şəhərdə 300 nəfərin zəhərlənməsinin səbəbinin içməli su olması inandırıcı deyil. Lakin hər ehtimala qarşı bölgəyə içməli suyun verilməsi dayandırılıb. Müvafiq analizlərin aparılması üçün bölgədən su nümunələri götürülüb. Suyun keyfiyyəti və tərkibi araşdırılır. Teqlər : #300,#nəfər,#zəhərlənib,#Türkiyədə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda bir ayda mindən çox oğurluq olub Xırdalanda ev yanıb, bir nəfər yanaraq ölüb