34 yaşlı müəllimə məktəbdə dünyasını dəyişdi

Bakıda orta məktəbdə müəllimə dünyasını dəyişib. 
 
Maide.az xəbər verir ki, ANS-in məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb. 
 
Sabunçu rayonu Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin müəllifi qəfildən vəfat edib. 
 
Adıçəkilən məktəbdən verilən məlumata görə, vəfat edən Təranə Muradova ibtidai sinif müəlliməsi olub. 34 yaşlı müəllimə 2006-cı ildən məktəbdə çalışıb. 
 
"Müəllim uşaqları evə yola salandan sonra yoldaşları ilə söhbət edib. Qəfildən o özünü pis hiss edərək yıxılıb. Təcili yardıma xəbər verilsə də müəllimə keçinib".
 
Mərhumənin valideynləri müəllimənin ürəyində uşaqlıqda problemlər olduğunu deyiblər. T.Muradova subay olub.

Google+ WhatsApp ok.ru