3 nəfərin kəsdiyi ağac maşının üzərinə düşdü, sürücü öldü

Mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb.
R.İsmayılov hadisə yerində ölüb.
K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

Google+ WhatsApp ok.ru